Interposta.Info

Putinin

Dünya
 14-01-2017, 18:23     628

Putinin
Rusiya Prezidenti Putinin 15-16 dekabrda Yaponiyaya ziyarəti zamanı bu ölkənin ənənəvi içkisi olan sakedən içərək tövsiyə etməsi içkinin satışına təsirini göstərib.

Sake istehsalçısı “Sumikava Şuzo”nun idarə heyətinin rəhbəri Takafumi Sumikava Putinin açıqlamasının üstündən çox keçmədən firmanın anbarlarındakı bütün sakelərin bitdiyini deyib:

“Şərq gözəli birinci keyfiyyət”dən hər il 20 min şüşə istehsal edirik. Ancaq brendə aid məhsulun Putinə təqdim ediləcəyi və müştərilərin bu qədər tələb göstərəcəyindən xəbərsiz idik. Telefonlarımız susmaq bilmir, anbarlarda isə şüşə qalmayıb”.

Sumikava 40 günə başa gələn içkini əldə etmək üçün müştərilərin öncədən sifariş etməli və 1 aydan çox gözləmək məcburiyyətində olduqlarını vurğulayıb.

Qeyd edək, sake ənənəvi yapon spirtli içkisidir. Düyünün qıcqırdılması nəticəsində əldə edilir və əsasən isti halda içilir. Sakeni bəzən "düyü arağı" da adlandırırlar. Lakin bu içkinin tündlüyü təqribən 14-25% təşkil edir. Onun tərkibi daha çox likörü və ya şərabı xatırladır, ancaq istehsal prosesi pivənin istehsalına bənzəyir./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26