Interposta.Info

Su-24-ün vurulması təlimatını verməyim… -

Dünya
 12-01-2017, 15:59     771

Su-24-ün vurulması təlimatını verməyim… -
Təlimatın mənim tərəfimdən verildiyini açıqlamağımın əsas səbəblərindən biri də Baş Qərargah rəisi ilə aramızda olan söhbət olub.

interposta.info Axar.az istinadən xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu Çevriliş Komissiyasına göndərdiyi 71 səhifəlik cavab məktubunda yazıb.

Davudoğlu hadisə ilə bağlı Baş Qərargah rəisi Hulusi Akarla bir neçə dəfə danışdığını deyib:

“Bu hadisədə Rusiya təyyarəsini vuran pilotun FETÖ/PDY üzvü olması məsələsinə gəlincə, silah işlətmə tapşırığını verən baş nazirin, Baş Qərargah rəisinin, yaxud Hava Qüvvələri komandanının əmrini icra edən hərbçi barədə məlumatlı olması mümkün deyil. Çünki hava sərhədlərinin nə vaxt və harada pozulacağını öncədən təyin etmək olmur.

Təlimatın tərəfimdən verildiyini açıqlamağımın əsas səbəblərindən biri də Baş Qərargah rəisi ilə aramızda olan söhbət olub. Ona heç bir türk ordusu zabitinin tərəddüd etməməsini, lazım gələrsə, açıqlama verəcəyimi, ancaq bu pilotun və ya digər ordu mənsublarından hər hansı birinin başqa təşkilatla əlaqəsi varsa, bunun dərhal aşkar edilməsinin vacib olduğunu dedim.

Baş Qərargah rəisi ilə sonrakı görüşlərimizdə pilotun keçmişi ilə bağlı araşdırma apardıqlarını, lakin konkret nəticə əldə etmədiklərini dedi”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26