Rusiya və Türkiyədən
![]()
Rusiya və Türkiyənin müdafiə nazirlikləri Suriyadakı atəşkəslə bağlı məlumat yayıblar.
Verilən məlumatda Rusiya Suriyada 14 dəfə atəşkəsin pozulduğunu, Türkiyə isə 17 dəfə eyni prosesin yaşandığını təyin edib.
Lazkiyədə daha 2 qəsəbənin atəşkəs sazişinə qoşulduğunu bildirən Rusiyanın Suriyadakı Atəşkəs Monitorinq Mərkəzi prosesə qatılan yaşayış sayının 1097-yə yüksəldiyini bildirib.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti qeyd edir ki, Xüms, Həma, Hələb və Küneytra bölgələrində fəaliyyət göstərən bəzi bölgələrin komandirləri danışıqları davam etdirir.
Rus nümayəndələr tərəfindən 8-i Həma, 2-si Lazkiyə, 2-si Dəməşq və 2-si Hələbdə olmaq üzrə cəmi 14 atəşkəs pozuntusunun qeydə alındığını bəyan edib./axar.az
Türk nümayəndələr isə Həma və Hələbdə 5 dəfə, Dəməşqdə 4, Dəra, Lazkiyə və Xümsdə 1 dəfə atəşkəs rejiminin pozulduğunu təyin ediblər.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

