Türkiyə:
İŞİD-lə biz mübarizə aparırıq, ABŞ isə heç bir şey etmir.
Bunu Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı Türkiyə Baş naziri Binəli Yıldırım söyləyib.
O, dünyanın İŞİD-lə mübarizəni sakitcə izlədiyini bildirib.
“ABŞ YPG-yə, PYD-yə silah verir ki, Türkiyədə daha çox terakt törədilsin. Problemi yeni administrasiyada görmürük. Bu, Obama hakimiyyətinin günahıdır. Ümid edirik ki, yeni rəhbərlik bu biabırçılığa son verər. Artıq dostla düşmənin müəyyən edilmə günüdür. İllərdir ki, NATO-da Amerika ilə bərabərik. Bütün ortaqlığımızın bir terror təşkilatı tərəfindən yox edilməsinə Amerika izn verməməlidir. PYD PKK deməkdir. Bunların artıq görünməsini istəyirik”./axar.az
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26