Interposta.Info

Qarailandan İstanbul teraktı ilə bağlı -

Dünya
 2-01-2017, 19:26     1 083

Qarailandan İstanbul teraktı ilə bağlı -

Türkiyənin İstanbul şəhərində gecə klubuna edilən silahlı hücumla bağlı Murad Qarailan bəyanat verib.

Axar.az xəbər verir ki, Qarailan əminliklə söyləyib ki, kürd və Kürdüstandan heç bir gücün bu hücumla əlaqəsi yoxdur.

"Kürd və Kürdüstandan heç bir gücün bu hücumla əlaqəsi yoxdur. Kürdüstan Azadlıq Təşkilatının (TAK) da belə bir hücumu edəcəyini düşünmürəm. Çünki bütün kürd və Kürdüstanı təmsil edən qüvvələr Türkiyə xalqını qazanmaq istəyir. İşimiz ədalətli işdir. Türkiyə və dünya xalqlarını qazanmaq istəyirik. Kürd azadlıq mübarizəsi, eyni zamanda Türkiyənin demokratikləşdirilməsi mübarizəsidir. Buna görə də biz günahsız və dinc insanları hədəf götürmürük. Heç bir kürd mülki vətəndaşları hədəf almaz", - Qarailan qeyd edib.

Qeyd edək ki, ötən gün baş verən İstanbul teraktının məsuliyyətini İŞİD öz üzərinə götürüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26