Interposta.Info

Arif Hacılı Almaniyadakı mühacir müsavatçıların həbsindən yazdı

Müxtəlif / Manşet
 15-11-2019, 09:03     10 481

"Niyə sevinirsiz? Niyə bayram edirsiz?"
Ölkənin gündəminə bomba kimi düşən Almaniyadakı mühacirlərin həbsi barədə Müsavat başqanı Arif Hacılı da danışdı.

"İnterPosta.info" xəbər verir ki, başqan sosial şəbəkədə status yazıb. A.Hacılı sözügedən mövzuda rəhbərlik etdiyi partiyanın adının hallandırılmasına toxunmasa da, məsələyə belə yanaşıb.

"İnterPosta.info" statusu təqdim edir: "Avropadan soydaşlarımız deport olunur. Onların öz məqsədi var. Ərazisində miqrantların sayını mümkün qədər azaltmaq hər Avropa ölkəsinin dövlət siyasətidir. Azərbaycanda nə baş verir? Bu olaydan hərə öz məqsədi üçün yararlanmağa çalışır. Real TV və başqa dövlət kanalları şadyanalıq edir. Biriləri bundan siyasi opponentlərə qarşı istifadə etməyə çalışır. Deport olunanlar arasında bir neçə ailə, xeyli çocuqlar var. Onları ən azı saxlanma, aşağılanma, sorğu-sual gözləyir. O qadınların, çocuqların üzüntüsünü, ürəklərinin sızıltısını, o üzüntüyə görə məhv olan ataların iztirabını düşünürsüzmü? Onlar Avropaya kefindən getməmişdilər. Bu yolla həyatlarını xilas etmək istəyirdilər. Bu da alınmadı. Nəyə sevinirsiniz? Nəyi bayram edirsiniz? Biz ki, belə amansız millət deyilik?! Bizə nə oldu?"

Ümid edək ki, A.Hacılı bu duyğusal yanaşmadan sonra rəhbərlik etdiyi partiyanın saxta vəsiqə ittihamında adının hallndırılmasına da aydınlıq gətirəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26