Interposta.Info

Tədavülü dayandırılan 500 avroluq əskinaslarla alış-veriş etmək mümkün olacaq

İqtisadiyyat
 12-12-2018, 13:27     511

Bir neçə gün öncə, Avropa Mərkəzi Bankı tərəfindən 500 avroluq əksinasların tədavüldən yığışdırılacağı ilə bağlı yazımızda, vətəndaşların əllərində olan bu pulların necə dəyişdirilməsi ilə bağlı məsələni gündəmə gətirmişdik.

Mərkəzi Bankdan İnterPosta.info-ya verilən məlumatda bildirilir ki, bu əskinaslar yığım və ödəniş vasitəsi kimi istifadə edilməkdə davam edəcək: “Avropa Mərkəzi Bankı 04 may 2016-cı il tarixdə 500 avro nominallı əskinasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib. Bununla əlaqədar, Avropa Mərkəzi Bankının 23 noyabr 2018-ci il tarixli pres-relizinə əsasən Almaniya (Bundesbank) və Avstriya Mərkəzi Bankları tərəfindən 26 aprel 2019-cu il tarixindən (həmin gün daxil olmaqla), Avrozonaya daxil olan bütün digər mərkəzi banklar tərəfindən isə 26 yanvar 2019-cu il tarixindən (həmin gün daxil olmaqla) etibarən 500 avroluq pul nişanının təkrar tədavülə buraxılmasının dayandırlacağı bildirilib. Buna baxmayaraq, həmin tarixlərdən sonra 500 avroluq pul nişanının tədavüldə qanuni pul vahidi kimi qalacağı, ödəniş və yığım vasitəsi kimi istifadəsinin davam edəcəyi qərara alınıb”.
Məlumatda o da bildirilir ki, 500 avroluq pul nişanının bütün kommersiya strukturularının, o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s. mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əskinaslar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26