Interposta.Info

200 manatlıq əskinaslar dövriyyədə

İqtisadiyyat
 31-05-2018, 16:43     10 438

Artıq “Azərbaycan Beynəlxalq Bankı”nın bankomatlarında bir müddət öncə ölkədə dövriyyəyə buraxılan 200 manatlıq əskinasları əldə etmək mümkündür.

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat bank tərəfindən verilib.

Bu gündən etibarən inkassasiya zamanı başqa nominallarla yanaşı, bankomatlardan 200 manatlıq əskinaslar da veriləcək.

Hazırda 200 manatlıq əskinaslar ABB-nin baş ofisindəki, Səbail, Nəsimi, Mərkəzi filiallarındakı, “Port Baku” və “SOCAR Tower” ofislərindəki bankomatlara paylanılıb. Yaxın vaxtlarda bu əskinasları ABB-nın bütün bankomatlarından əldə etmək mümkün olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26