Interposta.Info

“Dollar

İqtisadiyyat
 25-01-2017, 15:03     628

“Dollar
"Novruz bayramına qədər dolların rəsmi məzənnəsi Azərbaycanda 2 manat olacaq”.

interposta.info xəbər verir ki, bunu BakiPost.az-a açıqlamasında iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, tam üzən məzənnəyə keçid manatın birbaşa devalvasiyası deməkdir: "Son günlər manatın ucuzlaşması gedir. Təbii ki, bu gözlənilən idi. Yəni tam üzən məzənnəyə keçid manatın birbaşa devalvasiyası deməkdir. Amma tam üzən məzənnəyə keçid kəskin devalvasiya ilə özünü göstərməlidir. Bizdə isə bu kəskin devalvasiya baş vermir. Bu proseslər tədricən gedir. Bu bir daha onu göstərir ki, biz tam üzən məzənnəyə keçməmişik. İstənilən halda Mərkəzi Bank tərəfindən nəzarət edilir.

Əgər Mərkəzi Bank tam üzən məzənnəyə keçməyi qarşısına məqsəd qoyubsa, onda çox sürətlə manat ucuşlamağa gedəcək. Bir qədər sürəti fərqli ola bilər. Amma tam üzən məzənnəyə keçid zamanı manat bazar dəyərini almalıdır. Real tələb və təklif əsasında formalaşmalıdır. Əgər qarşıya məqsəd qoyublarsa, onda manatın sürətlə ucuzlaşması prosesi davam edəcək”.
“Dollar


Samir Əliyev hesab edir ki, ucuzlaşma hər bir halda 2 manat həddini keçəcək: "Düşünmürəm ki, manatı tam real məzənnə alan kimi buraxacaqlar. Müəyyən həddə qədər ucuşlaşmanın davam etməsi mümkündür. Omdan sonra bir müddət sabitlik yaranacaq. Fikrimcə, hər halda Mərkəzi Bank müəyyən bir dövrdə manatı ucuzlaşdıracaq. Amma müəyyən həddə qədər. O həddin hansı olduğunu demək bir qədər çətindir. Psixoloji hədd 1.90 və ya 2 manat ola bilər.

Bu həddə qədər manat ucuşladıqdan sonra müəyyən bir sabitlik görüntüsü yaratmaq üçün ola bilsin ki, bir müddət manatın məzənnəsində ciddi dəyişiklik baş verməsin. Düşünürəm ki, tam üzən məzənnəyə keçid olsa, bu 3 və ya 4 manatda dayana bilər. Hesab edirəm ki, buna imkan verməyəcəklər.

Kəskin və yumşaq devalvasiya var. Bir də ikisinin ortaq nöqtəsi var. Ucuzlaşma yavaş-yavaş yox bir qədər sürətli gedir. Əvvəl manat 1 qəpik ucuzlaşırdısa, indi birdən-birə bir neçə qəpik ucuzlaşmaqda davam edir”.

İqtisadçı qeyd edib ki, martda Novruz bayramına qədər rəsmi məzənnə 2 manat olacaq: "Novruzdan sonra ola bilsin ki, yay aylarına kimi müəyyən bir sabitlik olsun. Yayın sonuna payıza doğru sürətlənmə yenidən davam edəcək. Prinsipcə bu gün görünən vəziyyət belədir. Amma müəyyən bir proseslər baş verə bilər. Neft qiymətinin kəskin ucuzlaşması manatın ucuzlaşmasını daha sürətləndirə bilər. Yaxud da bahalaşma 60 dolları keçərsə, müəyyən qədər manatın ucuzlaşmasını məhdudlaşdıra bilər.

Eyni zamanda panika, iqtisadi və siyasi gərginlik ola bilər ki, bu da manatın məzənnəsinə təsir edə bilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26