Interposta.Info

"Neftçi" "Zirə"yə uduzdu (VİDEO)

İdman
 26-08-2019, 22:00     10 406

Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

Qaynarinfo xəbər verir ki, turun son görüş günündə "Neftçi" səfərdə "Zirə"nin qonağı olub.

Avropa Liqasında İsrailin "Bney Yehuda" klubuna uduzan (2:2, 1:2), Premyer Liqanın ilk turunda "Sabah"la oyunda xal itirən (1:1) "ağ-qaralar" bu dəfə meydanı xalsız tərk edib. Oyunda bir qol vurulub və "Zirə" qələbə qazanıb. Yeganə qola 27-ci dəqiqədə Cavid Hüseynov imza atıb.

Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" "Qəbələ"ni, "Səbail" "Sumqayıt"ı 3:0, "Keşlə" "Sabah"ı 1:0 hesabı ilə yenib.

Premyer Liqa
2019/20 mövsümü
I dövrə, II tur

26 avqust
Zirə - Neftçi 1:0
Qol: Cavid Hüseynov, 27.
Zirə: 1. Orxan Sadıqlı, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 7. Cavid Hüseynov (k), 48. Şafik Tiqrudja, 27. Adrian Skarlatake, 18. Xulio Sezar Rodrigez, 25. Miloş Bakraç, 11. Soni Norde, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 88. Tellur Mütəllimov, 8. İlkin Muradov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 23. Mfo Kqasvane, 5. Anastasios Papazoqlu, 70. Nicat Süleymanov, 64. Kənan Cəfərov.
Baş məşqçi: Samir Abasov.
Neftçi: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 18. Tural Axundov, 11. Evangelos Platellas, 93. Soni Mustivar, 6. Voyislav Stankoviç, 9. Baqali Dabo, 28. Stiven Monroz, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 19. Rauf Əliyev, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 10. Dario Frederiko, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabbarov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26