Interposta.Info

Makqreqor viski içmədiyinə görə yaşlı kişini vurdu (VİDEO)

İdman
 15-08-2019, 20:48     10 365

Məşhur döyüşçü Konor Makqreqor növbəti dəfə qalmaqala səbəb olub.

Qaynarinfo xəbər verir ki, irland idmançı Dublində yerləşən gecə klublarının birində yaşlı kişini döyüb. Onun yaşlı kişinin üzünə yumruqla zərbə endirməsinin görüntüləri yayılıb.

Buna səbəb isə həmin şəxsin Makqreqorun içki təklifindən imtina etməsi olub. Belə ki, Konor barın müştərilərini viskiyə qonaq edib. Lakin yaşlı kişi onun viskisini içməkdən imtina edib və bu idmançının xoşuna gəlməyib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26