Interposta.Info

“Fənərbaxça”da qalmaqal – futbolçular prezidentə qarşı

İdman
 11-12-2018, 14:29     472

“Fənərbaxça”nın prezidenti Əli Koç Türkiyə superliqasının 15-ci turunda səfərdə “Akhisar”a 0:3 hesabı ilə məğlub olan komandasına cəza tətbiq edib.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, Koçun qərarı ilə oyundan sonra futbolçular İstanbula təyyarə ilə deyil, avtobusla yola salınıb. Dörd saatlıq yolçuluqdan sonra bazaya çatan futbolçulardan bəziləri bu cəzaya sərt reaksiya veriblər.

İddia edilir ki, legioner futbolçular Martin Şkrtel, Yassin Benzia və Roman Noyştadter cəzanın ağır olduğunu dilə gətirərək, “Bu uğursuz hesabların tək günahkarı bizik? Növbəti matçlarda hansı cəzanı alacağıq? Hər oyun bu cəzaları düşünürək meydana çıxacağıq?” deyə etiraz ediblər. Onların qış fasiləsində özlərinə yeni klub tapmaq qərarına gəldikləri də bildirilir.

Qeyd edək ki, “Fənərbaxça“ 15 turdan sonra 14 xalla 17-ci pilləyə - turnir cədvəlində təhlükəli zonasına düşüb. Bu, klub tarixinin ən bərbab göstəricilərindən hesab olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26