Interposta.Info

Şirvanda toyda zəhərlənənlərin sayı 19 nəfərə çatdı (FOTOLAR)

Ölkə
 19-07-2019, 22:56     10 268

Şirvan Şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yaralıların sayı 19 nəfərdir. Onlardan 13 nəfəri qadın, ikisi isə azyaşlıdır.

Hazırda zəhərlənmiş şəxslərə Şirvan və Hacıqabul xəstəxanalarında tibbi yardım göstərilir.

****
Şirvanda toy mərasimi zamanı tüstüdən zəhərlənənlərin sayı artıb.

Qaynarinfo xəbər verir ki, hazırda xəstəxanaya 14 nəfər yerləşdirilib.

Onların "Yeganə" şadlıq sarayında istifadə edilmiş tüstü yayan pirotexniki vasitədən zəhərləndiyi deyilir.

****

Şirvan şəhərində kütləvi zəhərlənmə olub.

"İnterPosta.info" apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.

Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktın təfərrüatları araşdırılır.

İnterPosta.info

Şirvanda toyda zəhərlənənlərin sayı 19 nəfərə çatdı (FOTOLAR)
Şirvanda toyda zəhərlənənlərin sayı 19 nəfərə çatdı (FOTOLAR)
Şirvanda toyda zəhərlənənlərin sayı 19 nəfərə çatdı (FOTOLAR)
Şirvanda toyda zəhərlənənlərin sayı 19 nəfərə çatdı (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26