Interposta.Info

İşdən qovuldu, 5 nəfəri qətlə yetirdi: xeyli yaralı var - ABŞ -da dəhşətli hadisə - FOTO + VİDEO

Ölkə
 16-02-2019, 16:29     10 358

Donald Tramp: “Amerika sizinlədir”
Amerikanın İllinoys ştatının Avrora yaşayış məntəqəsində (Çikaqo şəhəri yaxınlığında ) atışma baş verib. İşdən qovulan 45 yaşlı Qari Martin 5 nəfəri öldürüb, xeyli adamı isə yaralayıb. Ömrünün son 15 ilini çalışdığı "Henry Pratt" şirkətdən kənarlaşdırılan işçi polislə də atışıb. 5 polis zabiti güllə yarası alıb. Əlinə silah alaraq işçi kimi öz hüquqlarını müdafiə etmək istəyən şəxs də atışma zamanı polis tərəfindən öldürülüb.

Öldürülmüş işçinin ailəsi deyib ki, ixtisara düşmək Qari Martini hövsələdən çıxarıb.

Şirkətdə çalışan şahidlər isə söyləyib ki, atışma səsindən qulaq tutulurdu. İmkanı olan canını qurtarmağa çalışırdı. Qaça bilməyənlər isə ofisin otaqlarında qapıları bağlayaraq "qısasçı"dan gizlənməyə çalışırdı.

İllinoys ştatının senatoru hadisəyə belə münasibət bildirib: "Dəhşətdir. İllinoys və bütövlükdə Amerika xalqı qəmli bir gün yaşadı".

Baş verən qanlı olaya münasibət bildirənlər arasında ABŞ prezidenti Donald Tramp da var. O, "Twitter" hesabından güc strukturlarının işindən məmnunluğunu bildirib və ölənlərin ailəsinə müraciətlə "Amerika siznlədir" deyərək, başsağlığı verib.

İşdən qovuldu, 5 nəfəri qətlə yetirdi: xeyli yaralı var - ABŞ -da dəhşətli hadisə - FOTO + VİDEO

"BBC" xatırladır ki, ötən ilin fevralında Florida ştatında (Parkland) yerləşən məktəbdə faciə yaşanmışdı. Onda silahlı şəxs əksəriyyəti uşaq olmaqla 17 nəfəri güllələyərək, öldürmüşdü./musavat.com

İnterPosta.info


İşdən qovuldu, 5 nəfəri qətlə yetirdi: xeyli yaralı var - ABŞ -da dəhşətli hadisə - FOTO + VİDEO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26