Interposta.Info

Etdiklərimiz nəticə vermir, bizə dəstək olmadılar... - TƏBİB

Ölkə
 25-06-2020, 17:59     1 224

"Biz fevral ayında ölkəmizə virusun kənardan gəlməsinin qarşısını aldıq. Çox sərt qaydalar tətbiq etdiyimiz üçün, virusun ölkəmizə gəlməsinin qarşısını aldıq."

"İnterPosta" xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Virus ölkəyə daxil olduqdan sonra, cəmiyyət arasında yayılmağa başladı. Amma artıq dövlət işçisinin gördüyü tədbirlər nəticə vermir. Əgər cəmiyyətin hər bir fərdi özünü qorumursa, bunun qarşısını almaq mümkün deyil. Məsuliyyətin böyük hissəsi vətəndaşlarımızın üzərinə düşdü, təəssüf ki, onlar bizə dəstək olmadılar. Amma biz yenə də vəziyyəti idarə etməyə çalışırıq.

Virus insanlar arasında yayılır. Hazırda daha çox ailələr arasında virus yayılıb. Bizim üçün nə qədər çətin olsa da, özümüzü bir müddət yaxınlarımızdan uzaq saxlamalıyıq".

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26