Interposta.Info

Azərbaycanda son sutkada COVID-19-a 162 nəfər yoluxub, 2 nəfər vəfat edib

Ölkə
 21-08-2020, 17:23     850

Dünyada koronavirusa yoluxanların sayı 23 milyona çatıb. Azərbaycanda isə koronavirusa yeni yoluxanların sayı 162 nəfər, sağalanların sayı 171 nəfər təşkil edib, vəfat edən isə 2 nəfər olub.

"İnterPosta" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. Onun sözlərinə görə, indiyədək ölkədə ümumilikdə 34 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib, 1 727 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Y.Qarayeva onu da əlavə edib ki, ən çox yoluxmalar 50-59 yaş arasında olub: "Yumşalmaya getməyimiz mərhələli şəkildə həyata keçirilir. Amma yoluxma sayında artmalar müşahidələr olunur, bu səbəbdən də maskadan istifadə olunmalı, sosial məsafə saxlanmalıdır".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26