Interposta.Info

Bakı çimərlikləri nə vaxt açılacaq?

Paradoks
 10-07-2020, 20:41     482

Epidemioloji vəziyyətdən asılı olaraq sərt karantin rejimi tətbiq edilən rayon və şəhərlərin adları siyahıdan çıxarıla və ya qala bilər.

"İnterPosta" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisi bildirib ki, siyahıya daxil edilməyən ərazilərdə vəziyyət nəzarət altındadır: "Çimərliklərdən istifadə məsələsinə gəlincə, bu gün Bakı ətrafında olan çimərliklərin əhalinin istifadəsinə veriləcəyi halda, ora insan axınının necə çox olacağını təxmin etmək elə də çətin deyil. Çimərliklərin ərazisində sosial məsafənin saxlanılması qaydalarına hansı formada əməl ediləcəyi sual altındadır. Ona görə də bu gün əsas istəyimiz insanların sıx toplaşmasının qarşısını almaqdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26