Interposta.Info

Azərbaycanda heç bir məhbus koronavirusa yoluxmayıb (RƏSMİ)

Ölkə
 19-03-2020, 14:59     365

"Azərbaycan həbsxanalarında cəza çəkən heç bir məhkum koronavirusa yoluxmayıb. Məhbuslar arasında digər xəstəliklərdən də ölüm halı qeydə alınmayıb. Məhbusların koronavirusa yoluxmamaları üçün tərəfimizdən qabaqlayıcı tədbirlər görülür”.

"İnterPosta" xəbər verir ki, bu sözləri Yenisabah.az saytına açıqlamasında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib. Bildirib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə mart ayının əvvəlindən məhkumlarla görüşlər və sovqat qəbulu məhdudlaşdırılıb, sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir: "Allaha şükür ki, bu günə kimi nə məhkumlar arasından, nə də əməkdaşlarımızdan heç kim koronavirusa yoluxmayıb. Dezinfeksiya, sanitariya işləri hər bir cəzaçəkmə müəssisəsində hər gün keçirilir, məhkumların səhhəti daha da ciddi nəzarətə götürülür, digər maarifləndirmə işləri aparılır”.

Mehman Sadıqov Penitensiar Xidmətin Baş İdarəsində də rəhbər şəxslərin qəbuluna gələn adamların tam karantin qaydalarına uyğun olaraq yoxlanıldığını bildirdi: "Bizim idarənin girişində həm həkimlər, həm də mütəxəssislər fəaliyyət göstərir. İçəri girənlərin əlləri dezinfeksiya olunur, hərarətləri yoxlanılır. Hər hansı bir hal aşkar olunarsa dərhal həmin şəxslər müayinəyə göndərilir. Yəni koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26