Interposta.Info

Azərbaycan modernizə olunmuş 100 min ədəd “Kalaşnikov” istehsal etdi

Ölkə
 15-05-2019, 17:57     10 720

Azərbaycan Rusiyanın lisenziyası əsasında indiyə qədər 100 min ədəddən yuxarı “Kalaşnikov” AK-74M avtomatı istehsal edib.

Virtualaz.org xəbər verir ki, bu məlumatı Minskdə keçirilən MİLEX-2019 silah sərgisi zamanı Azərbaycanın hərbi-sənaye kompleksinin nümayəndəsi TASS-a deyib.

Azərbaycan modernizə olunmuş 100 min ədəd “Kalaşnikov” istehsal etdi

“İndiyə qədər Azərbaycan lisenziya əsasında 100 mindən yuxarı AK-74M istehsal edib. Avtomatların istehsalı 2021-ci ilə qədər davam edəcək. Cəmi 120 min vahid AK-74M buraxmaq nəzərdə tutulur”-o bildirib.

Azərbaycanın o vaxtkı Müdafiə Sənayesi Nazirliyi (indiki “Azərsilah”) AK-74M avtomatlarının “Xəzri” adı altında istehsalına 2011-ci ildən başlayıb. Bunlar avtomatın baza variantından nişangah kompleksinin modifikasiya olunmuş interfeysi ilə fərqlənir. AK-74M “Xəzri” avtomatları Azərbaycan ordusunun silahlanmasında yer alır.
Azərbaycan modernizə olunmuş 100 min ədəd “Kalaşnikov” istehsal etdi

Bundan əvvəl Azərbaycanın “Xəzri” avtomatlarının bazasında EM-14 hücum tüfəngi hazırladığı açıqlanmışdı. Bu, NATO standartlarına uyğunlaşdırılmış silahdır və 5.56x45 mm-lik patronlar istehsal edir. Silahın seriya istehsalı 2016-cı ildən başlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26