Interposta.Info

Azərbaycan və ABŞ Zəngəzur dəhlizi ilə bağlı əməkdaşlığı müzakirə etdi

Siyasət
 21-11-2025, 11:49     77 112

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon və ABŞ Dövlət Departamentinin Siyasətin Planlaşdırılması Ofisinin baş müşaviri Conatan Askonas ilə görüşüb.

Görüşdə qarşı tərəfə Orta Dəhlizin inkişafı üçün Azərbaycan tərəfindən görülmüş işlər barədə məlumat verilib. Bu istiqamətdə, eləcə də Zəngəzur
dəhlizi ilə bağlı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda kibertəhlükəsizlik və süni intellekt sahələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi aparılıb.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26