Interposta.Info

"NATO-Gürcüstan Təlimləri 2025" başladı: Azərbaycan da iştirak edir

Siyasət
 28-04-2025, 19:17     25 437

Gürcüstanda "NATO-Gürcüstan Təlimləri 2025" adlı hərbi təlimlərə start verilib.

"İnterPosta" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bu, hər üç ildən bir keçirilən NATO-Gürcüstan təlimlərinin sayca dördüncüsüdür.

Bildirilir ki, "NATO-Gürcüstan Təlimləri 2025" NATO-nun Avropada Ali Baş Komandanlığı (SHAPE) və Gürcüstan Müdafiə Qüvvələri Baş Qərargahı tərəfindən planlaşdırılıb. Tədbir NATO tərəfindən hazırlanmış ssenari, müvafiq prosedur və doktrinalara uyğun olaraq həyata keçirilir.

Çoxmillətli təlimlərdə NATO-nun 17 üzv və tərəfdaş ölkəsi iştirak edir ki, onların arasında Azərbaycan da var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26