Interposta.Info

Britaniya Azərbaycana hərbi attaşe təyin etdi

Siyasət
 14-03-2025, 10:14     38 248

Böyük Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib.

Diplomatik nümayəndəlikdən "İnterPosta"ya bildirilib ki, bu vəzifəyə Gevin Tarbard təyin edilib.

"Biz Gevin Tarbardın təyin olunmasını elan etməkdən məmnunuq. Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini vurğulayan tarixi bir addımdır və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq", - diplomatik nümayəndəlikdən bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26