Interposta.Info

Prezident: Azərbaycan güclü müdafiə sənayesi potensialını yaradıb

Siyasət
 12-02-2025, 17:19     28 615

Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Hasan Şeyx Mahmud ilə mətbuata bəyanatında bildirib.

"Düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26