Siyavuş Novruzov: Azərbaycanda Amnistiya Aktına ehtiyac var

Siyavuş Novruzov: Azərbaycanda Amnistiya Aktına ehtiyac varSiyavuş Novruzov
Azərbaycanda Amnistiya Aktının qəbuluna ehtiyac var.
"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.
O xatırladıb ki, bu il Azərbaycanda "Konstitusiya və Suverenlik ili"dir və qeyd edib ki, məhz buna görə də amnistiya aktına da ehtiyac var.
“Hesab edirəm ki, parlament də təşəbbüs göstərib Respbulika gününə qədər amnistiya aktını hazırlayıb təqdim edə bilər. Belə təşəbbüsün parlamentdə qəbul edilməsi bütün vətəndaşlarımızı sevindirər. Azərbaycanın suverenliyi uğrunda döyüşüb, vuruşub, sonradan səhvə yol vermiş insanlar var ki, həbsxanadadır. Onların azadlığa çıxması da bu ildə vacib olan məsələlərdəndir”.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26