Interposta.Info

XİN sözçüsü ABŞ səfirliyinə cavab verdi

Siyasət
 15-01-2025, 09:51     19 487

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.

"İnterPosta" xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

"Bəxtiyar Hacıyevə qarşı qanuni məhkəmə qərarı işdəki çoxsaylı sübutlara əsaslanır və məhkəmə prosedurlarına xarici müdaxilə qəbuledilməzdir.

Maraqlıdır ki, eyni növ vergi fırıldaqçılığı və maliyyə cinayətləri Amerika Birləşmiş Ştatlarında dəfələrlə ciddi şəkildə cəzalandırılır və həbs müddəti 30 ilə qədər çata bilər, nə üçün bu ölkə digər ölkələrdə belə cinayətlərə qarşı verilən cəzadan narazıdır.

Görünür ki, belə bir yanaşma qanunun aliliyinin əhəmiyyətinin artırılmasından daha çox siyasi maraqlara əsaslanır”, – o qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26