Interposta.Info

Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzaladı

Siyasət
 25-11-2024, 15:03     20 469

Gövhər Baxşəli qızı Baxşəliyeva "Şöhrət” ordeni ilə təltif edilib.

"İnterPosta"xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Gövhər Baxşəliyeva 1954-cü ildə Bərdə şəhərində anadan olub. Noyabrın 27-də 70 yaşı tamam olur.

C. M. Kirov adına Azərbaycan Dövlət Universiteti (Bakı Dövlət Universiteti), şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.1977-ci ildən h/v kimi AMEA Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor vəzifələrində çalışıb. 2019-cu ildə AMEA-nın İctimai Elmlər Bölməsinin sədri, akad. Z. Bunyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru təyin edilib.

O, II, III, IV, V çağırış Milli Məclisdə Bərdə rayonunun deputatı olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26