Ərdoğan və Paşinyan arasında görüş oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısamüddətli görüş baş tutub.
Bu barədə oxu.az Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, görüş Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin beşinci sammiti çərçivəsində reallaşıb.
Xatırladaq ki, Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan arasında sonuncu görüş sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutmuşdu.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26