Interposta.Info

Bişkekdən dünyaya verilən mühüm mesajlar (ŞƏRH)

Siyasət
 7-11-2024, 18:55     65 966

"Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantısı çərçivəsində Bişkekdə keçirilən görüşündə iştirakı və TDT-ni gücləndirəcək mühüm fikirlər səsləndirməsi təşkilatın gələcək perspektivləri baxımından olduqca əhəmiyyətli hadisə oldu".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti əməkdaşlığın dərinləşdirilməsilə bağlı hazırkı beynəlxalq münasibətlərdə aktual olan təhlükəsizlik məsələsini də önə çəkdi:

"Əslində, Azərbaycan dövlət başçısı çıxışında TDT-yə üzv ölkələr üçün ortaq təhlükəsizlik çətirinin yaradılmasından danışdı. Bildirdi ki, hərbi sənaye imkanları arasında əlaqələri dərinləşdirmək lazımdır. Bu isə özlüyündə həm iqtisadi, həm də maliyyə faktorudur".

Bişkekdən dünyaya verilən mühüm mesajlar (ŞƏRH)


Deputatın fikrincə, başqa bir məsələ olaraq tədbirdə TDT-nin yeni bayrağının təsdiqi də mühüm hadisə olub:

"Çünki bu təşkilatın simvollarının tanıdılması və institusional imkanlarının daha da dərinləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Zirvə görüşündə iştirak edən dövlət başçıları tədbirə ortaq bir nailiyyətlə gediblər. Bu ortaq türk əlifbasının qəbul edilməsi məsələsi idi. Bütün bunlar isə şübhəsiz ki, təşkilatın perspektivləri baxımından olduqca əhəmiyyətli hadisə idi. 2025-ci ildə TDT-yə üzv ölkələrin dövlət başçılarının zirvə görüşü Azərbaycanda keçiriləcək".

Ekspertin fikrincə, bu görüş də tarixi əhəmiyyət kəsb edə bilər:

"2008-ci ildə təşkilatın Naxçıvanda bünövrəsinin qoyulması mühüm tarixi hadisə olaraq yadda qaldığı kimi, 2025-ci ilə qədər TDT-nin məskunlaşdığı coğrafiyanın bütövlüyünün təmin olunması, yəni Zəngəzur dəhlizinin açılması perspektivləri də var. Nəticə etibarı ilə quru sərhədlərinin bərpa olunması təkcə Azərbaycanın maraqları baxımından deyil, bütün türk dölətlərinin maraqları baxımından çox qiymətlidir. Ümid edirəm ki, 2025-ci ildə bu məsələ də öz həllini tapar. Bu zaman TDT-yə üzv dövlətlərin dəstəyi də olduqca mühümdür".

Qeyd edək ki, noyabrın 5-6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının XI Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də bu görüşdə iştirak edib. Sammitin yekunları üzrə Bişkek Bəyannaməsi də daxil olmaqla 16 sənəd imzalanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26