Fərid Seyidov və Azər Məmmədov "general-mayor" rütbəsi aldı
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova "ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
"İnterPosta"xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər sərəncamla polkovnik Azər Aydın oğlu Məmmədova "general-mayor” ali hərbi rütbəsi verilib. Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavinidir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26