Interposta.Info

"Bütöv və suveren Azərbaycanımıza şanlı tarix, əbədi müstəqillik yolu arzu edirik" - XİN

Siyasət
 18-10-2024, 15:38     44 971

Bütöv və suveren Azərbaycanımıza şanlı tarix, əbədi və dönməz olan müstəqillik yolu arzu edirik.

Bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin Azərbaycanın Müstəqilliyini Bərpası Günü münasibətilə "X”dəki hesabında yer alıb.

"Azərbaycan xalqının öz müstəqilliyini bərpa etdiyi və dövlətçilik ənənələrimizin dirçəldiyi 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, bütöv və suveren Azərbaycanımıza hər zaman şanlı tarix, əbədi və dönməz olan müstəqillik yolu arzu edirik”, - paylaşımda qeyd edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26