Interposta.Info

Putin Polad Bülbüloğlunu təltif etdi

Siyasət
 30-09-2024, 17:54     30 995

Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunu "Aleksandr Nevski" ordeni ilə təltif edib.

"Rusiya-Azərbaycan müttəfiqliyinin və qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan vətəndaşı Bülbül oğlu Polad "Aleksandr Nevski” ordeni ilə təltif edilsin”, - Putinin imzaladığı fərmanda qeyd edilib.

İnterPosta.info xəbər verir ki, məlumatı Qaynarinfo Rusiya KİV-nə istinadən yayıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26