Ermənistan Zəngəzur dəhlisinə nəzarətin özəl şirkətə verilməsini istəyir - Simonyan açıqladı

Azərbaycanla Naxçıvan arasında gələcəkdə Sünikdən (Qərvbi Zəngəzurdan -red.) keçəcək kommunikasiyaların özəl şirkətə mümkün ötürülməsi Ermənistanın suverenliyini pozmayacaq.
Onun sözlərinə görə, hazırda bütün məqamlar müzakirə olunur.
"Bu cür funksiyaların hansısa təşkilata verilməsi təcrübəsi var və bu baş verərsə, Ermənistan qanunvericiliyinə uyğun olaraq tənzimlənəcək”, - spiker bildirib. O, Ermənistanın İran və Türkiyə ilə sərhədində rus sərhədçilərin olmasını nümunə gətirərək qeyd edib ki, "bu məsələdə də düşünməli olduğumuz məqamlar var”.
Lakin A.Simonyanın qeyd etdiyi kimi, hazırda bununla bağlı heç bir qərar qəbul edilməyib.
İnterPosta.info məlumatına görə, xəbəri "Report" yayaraq bildirib ki, Ermənistan parlamentinin sədri Alen Simonyan qeyd edib.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26