Interposta.Info

Ən gənc və ən yaşlı deputat onlardır

 

Siyasət
 2-09-2024, 09:49     26 433

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Açıqlamada seçki dairələri üzrə lider namizədlərin adları da yer alıb.

Modern.az-ın məlumatına görə, deputat seçilən ən gənc namizəd Səbinə Xasayevadır.

O, 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən mandat qazanıb. 31 yaşlı siyasətçi ikinci dəfədir deputat seçilir.

84 yaşlı Ziyad Səmədzadə isə VII çağırışın ən qocaman deputatı olacaq. 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadə Ali Sovetin də deputatı olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26