Interposta.Info

Əli Əsədov İran Prezidentinin andiçmə mərasimində iştirak etdi (YENİLƏNİB)

Siyasət
 30-07-2024, 19:46     27 032

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov iyulun 30-da İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.

Bu barədə "İnterPosta"-ya Nazirlər Kabinetindən məlumat verilib.

13.45

Azərbaycanın Baş naziri Əli Əsədov İrana gedib.

Bu barədə "İnterPosta"-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, Baş nazir Əli Əsədov İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın Tehranda keçiriləcək inaqurasiyasında (andiçmə mərasimi) iştirak edəcək.

İnterPosta.info

Əli Əsədov İran Prezidentinin andiçmə mərasimində iştirak etdi (YENİLƏNİB)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26