Interposta.Info

Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü keçirildi (YENİLƏNİB)

 

Siyasət
 23-05-2024, 11:56     39 464

Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

"İnterPosta" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Hazırda İlham Əliyevin Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü keçirilir.

10.24

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Tacikistan Prezidenti Emoməli Rəhmonun mayın 23-də rəsmi qarşılanma mərasimi olub.

"İnterPosta" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşılanıb. Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçib. Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Tacikistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Tacikistan Prezidentinə, Tacikistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdib.

Hazırda İlham Əliyevlə Emoməli Rəhmon arasında təkbətək görüş keçirilir.

İnterPosta.info









Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26