Interposta.Info

 

Səfir: “Pakistan Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir”

Siyasət
 29-03-2024, 22:34     42 521

“Pakistan Azərbaycanla qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı dəstəkləyir və onu dərinləşdirməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistanın Milli Günü münasibətilə keçirilən tədbirdə deyib.

“Son üç ildə iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb. Əməkdaşlığın bütün potensialından istifadə etmək üçün bu istiqamətdə daha çox iş görmək lazımdır”, - o bildirib.

Səfir xatırladıb ki, 2023-cü ilin iyununda Pakistanın baş naziri Şahbaz Şərif Bakıda olub və Prezident İlham Əliyevlə geniş müzakirələr aparıb.

“Ölkə liderləri bir çox sahələrdə, xüsusilə energetika, ticarət, investisiya və turizm sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər”, - deyə o əlavə edib.

O qeyd edib ki, hazırda Bakıdan Pakistanın iri şəhərlərinə həftəlik birbaşa uçuşlar həyata keçirilir.

“Ən yüksək səviyyədə müntəzəm qarşılıqlı əlaqəmiz hər gün inkişaf etməkdə davam edir”, - deyə səfir fikrini yekunlaşdırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26