Interposta.Info

Ədliyyə Nazirliyinin saytında nazir hələ də dəyişməyib (FOTO)

Siyasət / Manşet
 1-03-2024, 12:16     40 707

Xəbər verdiyimiz kimi, sabiq ədliyyə naziri Fikrət Məmmədov prezident seçkilərindən sonra qurulan yeni hökumətdə yer almayıb. Prezident İlham Əliyevin fevralın 16-da imzaladığı sərəncamla ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib. Dövlət başçısının fevralın 27-də imzaladığı digər sərəncamla isə Fərid Turab oğlu Əhmədov ədliyyə naziri təyin olunub.

Qaynarinfo-nun məlumatına görə, 14 gündən çoxdur ki, Ədliyyə Nazirliyinin rəhbəri ilə bağlı müvafiq sərəncamlar olsa da, dövlət qurumunun rəsmi saytında bu dəyişikliklər yer almayıb.

Ədliyyə Nazirliyinin saytında nazir hələ də dəyişməyib (FOTO)


Qurumun səhifəsində hələ də ədliyyə naziri olaraq Fikrət Məmmədov göstərilir. Digər veb səhifədə isə nazir vəzifəsinin icraçısı olaraq Azər Məmməd oğlu Cəfərov qeyd edilir.



Fərid Əhmədovun nazir təyin edilməsi ilə bağlı ölkə başçısının 27 fevral tarixli sərəncamı hələ də nazirliyin rəsmi internet səhifəsində yer almayıb.



Həmçinin fevral ayının 28-də Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin yeni ədliyyə naziri Fərid Əhmədovu kollektivə təqdim etməsi barədə xəbər də rəsmi sayta yerləşdirilməyib.

Qeyd edək ki, Fikrət Məmmədov Prezidentin təqdimatı və Milli Məclisin qərarı ilə Konsitutsiya Məhkəməsinin hakimi təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26