Interposta.Info

"Ermənistan Qarabağ müharibəsində dərsini alıb, yerində oturub” - Ərdoğan

Siyasət
 15-11-2023, 15:05     18 724

"Ermənistan illərlə Türkiyənin torpaqları ilə bağlı xəyallar qurub, İkinci Qarabağ müharibəsində dərsini alıb, yerində oturub”.
"Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 15-də Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

O qeyd edib ki, türk milləti olaraq bu torpaqlarda azad, namuslu, dinc yaşamaq istəyiriksə, güclü olmalıyıq: "Siyasi, iqtisadi, ictimai quruluşu, hərbi gücü, təhlükəsizliyi ilə hər sahədə güclü olmasaq, bu torpaqlarda yaşamağa imkan verməzlər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26