Interposta.Info

Astanada TDT-nin 10-cu yubiley Zirvə görüşü keçirilir

Siyasət / Manşet
 3-11-2023, 11:02     31 969

Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşü keçirilir.

"İnterPosta" xəbər verir ki, tədbirin açılışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bütün iştirakçıları salamlayıb.

Açılış nitqində Qazaxıstan prezidenti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26