Interposta.Info

Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüşdü (YENİLƏNİB)

Siyasət / Manşet
 27-10-2023, 15:21     32 210

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ötən gün Tbilisidə Azərbaycan və Ermənistandan olan həmkarları Əli Əsədov və Nikol Paşinyanla üçtərəfli görüş keçirdiyini təsdiqləyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı bu barədə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının binasının təməlqoyma mərasimində bildirib.

"Dünən üçtərəfli görüşlər keçirdik. Gürcüstan qərəzsiz vasitəçi, Ermənistan və Azərbaycanın dostu kimi regionda sülhün bərqərar olmasında maraqlıdır”, - Qaribaşvili deyib.

Bununla belə, hökumət başçısı görüş zamanı müzakirə edilən məsələləri açıqlamayıb.

Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüş keçiriblər.

Qaynarinfo xəbər verir ki, Əli Əsədov və Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə görüşüblər.

Gürcüstanın "İmedi” telekanalının məlumatına görə, Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü bir neçə saat davam edib.
Danışıqların təfərrüatı açıqlanmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26