Interposta.Info

İsrail prezidenti: “İran Livanda odla oynayır"

Siyasət
 24-10-2023, 15:06     25 005

"İran Livanda odla oynayır”.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, bunu İsrail Prezidenti İsxaq Hersoq fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat qarşısında çıxışında deyib.

O bildirib ki, İsrail Livandakı vəziyyəti yaxından izləyir:
"Hesab edirəm ki, "Hizbullah” və onun arxasında dayan şər imperiyası İran odla oynayır, regionda, Yaxın Şərqdə qeyri-sabitlik yaratmağa çalışırlar. Əgər "Hizbullah” bizi müharibəyə sürükləyərsə, bunun əvəzini Livanın ödəyəcəyi aydın olmalıdır”.

İsrail Prezident qeyd edib ki, Livan beynəlxalq ictimaiyyətin suveren üzvü ola bilməz, çünki "Hizbullah” üzvləri Livan pasportuna malikdir, belə ki, onlar İsrailə hücum edirlər və buna görə məsuliyyət daşımırlar: "Bu, belə ola bilməz. Beynəlxalq hüquqa əsasən, bizim özümüzü müdafiə hüququmuz var".

İsxaq Hersoq onu da bildirib ki, İsrailin şimal sərhədində "Hizbullah” döyüşçüləri ilə müharibə aparmaq niyyəti yoxdur, əksinə diqqət Qəzzada HAMAS-la mübarizəyə yönəlib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26