Interposta.Info

Qənirə Paşayevanın əvəzinə bacısı səhnəyə çıxdı (VİDEO)

Siyasət
 23-10-2023, 11:44     23 047

"Əziz bacım, səhnəyə çıxıb sənin yerinə mükafat təqdim etmək necə çətindir. Niyə mənim üzərimə belə ağır bir məsuliyyət qoymusan? Yaşadıqca səninlə fəxr edəcəyəm. Sənin bacın kimi doğulmağım bu həyatda ən böyük şansımdır. Sən mənim tək bacım deyil, həm də ən böyük müəllimim və kumirim idin. Mən səndən çox şey öyrəndim. Hələ öyrənməli olduğum çox şey var idi. Hazırda məni xoşbəxt edən yeganə şey dünyanın hər yerindən insanların sonsuz sevgisi və hörmətidir. Onların işinə, əməllərinə, səylərinə verdiyi dəyərdir".

"İnterPosta" olay.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva Türk Dünyası Jurnalistlər Federasiyasının təşkil etdiyi 8-ci Türk Dünyası Sənədli Film Festivalında deyib.

"Bu gün Türk Dünyası Jurnalistlər Federasiyasının təşkil etdiyi 8-ci Türk Dünyası Sənədli Filmlər Festivalında "Qənirə Paşayeva adına Türk Dünyası Onur Ödülü"nü qazaxıstanlı rejissor Nazgül Kenzhetaya təqdim etdim.

Əziz bacım, xalqın sevimlisi Qənirə Paşayeva, sən həmişə bizim qəlbimizdə olacaqsan. İnancınız, zəhmətiniz, əməyinizlə Türk Dünyasının igid qızı olaraq qəlbimizdə yaşayacaqsınız. Yaşasın türk qardaşlığı, yaşasın türk həmrəyliyi, yaşasın türk birliyi və həmrəyliyi..." - deyə K.Paşayeva bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26