Interposta.Info

İşdən çıxarıldığı iddia edilən Araz İmanovdan AÇIQLAMA

Siyasət
 16-10-2023, 17:15     19 361


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanov işdən çıxarıldığı ilə bağlı məlumatlar yayılıb.

Sözügedən xəbərlərlə bağlı Araz İmanov Bizim.Media-ya açıqlamasında bildirib ki, onun bu barədə məlumat vermək ixtiyarı yoxdur:

"İşlədiyim yerdən dəqiqləşdirin. Məsələni rəhbərliklə dəqiqləşdirmək lazımdır. Mənim bu barədə məlumat vermək ixtiyarım yoxdur”.

Qeyd edək ki, Araz İmanovun lokal antiterror tədbirlərindən sonra "Biz və bizim dağlar” abidəsi üzərində Azərbaycan bayrağı asıb, foto paylaşması böyük marağa səbəb olmuşdu. Araz İmanovun işdən çıxarılması məhz bu davranışı ilə əlaqələndirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26