Rusiya nümayəndələri sülhməramlıların Qarabağdan çıxması tarixini müzakirə etmək üçün Ermənistana gedir
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün cümə günü İrəvana səfər edəcək.
"Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdan çıxarılmasının konkret tarixləri müzakirə olunacaq", deyə mənbə bildirib.
Qeyd edək ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq 5 il müddətinə yerləşdirilib.
İnterPosta.info xəbər verir ki, bu barədə Qaynarinfo TASS-a istinadən məlumat yayıb.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26