Interposta.Info

"3 il ərzində Ermənistan Azərbaycanın uzatdığı əli geri itələdi"

Siyasət / Manşet
 27-09-2023, 14:24     297

Sülh istiqamətində son 3 il ərzində atılan bütün addımlar Azərbaycan tərəfindən edilib.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, 3 il ərzində Ermənistan və onun qurduğu qurama təsisatlar bir qədər özlərinə gələndən sonra himayədarlarının dəstəyi ilə Azərbaycan tərəfindən uzadılan əli geri itələdi, yenə siyasi və hərbi təxribatlara üz tutdu. Xüsusən ərazimizdə ağır silahlarla silahlanmış ordu saxladı və onun ərazimizdən çıxarılmasına qarşı çıxdı.

"Daha sonra biz siyasi təxribatların, "müstəqillik günləri"nin qeyd edilməsi, "seçkilər"in keçirilməsinin şahidi olduq. Nəhayət hərbi təxribat nəticəsində 6 nəfər insanımızı itirdik və 6 nəfər də yaralandı. Azərbaycanın çağırışları nəticə vermədiyi üçün antiterror tədbirləri keçirməyə məcbur oldu və dünya da gördü ki, ordumuz heç bir mülki obyekti hədəf almadan separatçıları zərərsizləşdirdi. Nəticədə qurama rejim təslim olaraq Azərbaycanın legitim tələblərini qəbul etməyə vadar oldu.

Cənab Prezidentimizin dediyi kimi əgər 3 il əvvəl Azərbaycan öz ərazi bütövlüyü bərpa etmişdisə, 20 sentyabr tarixində öz suverenliyini tam bərpa etdi", - deyə XİN rəhbəri əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26