Interposta.Info

Tehran prokuroru Azərbaycan səfirliyinə hücum edənə ən ağır cəza istəyb

Siyasət
 26-09-2023, 18:38     259

"Tehran prokuroru ittihamnamədə Azərbaycan səfirliyinə hücum edən şəxsin ən ağır cəzaya məhkum edilməsini istəyib”.

"Report” "İndependentpersian”a istinadən xəbər verir ki, bunu İran Ədliyyə Nazirliyinin sözçüsü Məsud Satayişi deyib.

Onun sözlərinə görə, ittihamnamə məhkəməyə göndərilib.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. "Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26