Interposta.Info

Gürcüstan Prezidentinə qarşı impiçment prosedurunun başlanması ölkədə qütbləşməni artıracaq” - Josep Borel

Siyasət
 8-09-2023, 16:12     217


"Gürcüstan Prezidenti Salome Zurabişviliyə qarşı impiçment prosedurunun başlanması ölkədə qütbləşməni artıracaq”.

"Report” xəbər verir ki, bunu Tbilisidə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, kifayət qədər ciddi məsələdir: "Ölkə daxilində gərginlik arta bilər. Aİ-yə üzvlük üçün Gürcüstana dəstək lazımdır. Gürcüstan bu prosesdən uğurla çıxa bilər. Ona görə də indi əməkdaşlığa ehtiyac var".

Qeyd edək ki, sentyabrın 1-də S.Zurabişviliyə qarşı impiçmentlə bağlı hakim Gürcü Arzusu Partiyası imzatoplama kampaniyasına başlayıb.
S.Zurabişvili avqustun 31-də Gürcüstanın Avropa İttifaqına namizədliyinin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədilə Avropaya səfər edib. Gürcüstan hökuməti isə onun bu səfərini qəbuledilməz sayıb.

Prezidentə impiçment göstərilməsi üçün deputatların 2/3-nin razılığı kifayətdir. Parlamentdə hakim partiyanın 84 üzvü var. İmpiçmentə isə 100 səs lazımdır. 50 deputatın imzası etimadsızlıqla bağlı prosedura başlamaq üçün kifayətdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26