Interposta.Info

Fransa xəritə yaydı: Ermənistanın hücum hazırlığının FOTOFAKTI

Siyasət / Manşet
 8-09-2023, 09:26     448

Fransa Ermənistan-Azərbaycan sərhədində eskalasiya ilə bağlı xəbərdarlıq edib.

Fransa Xarici Siyasət Departamenti bütün sərhəd boyu əraziləri "təhlükəli zona” olaraq qeyd edib.

Diqqətçəkən əsas məqam bu xəritənin Fransanın Ermənistandakı səfiri Olivye Dekotinin dünən müdafiə naziri Suren Papikyanla görüşündən sonra dərc edilməsidir. İlk baxışdan belə görünür ki, eskalasiya riski haqda məlumatı Papikyan səfirə verib, o da ölkəsini məlumatlandırıb.

Lakin sərhəddə eskalasiya yaratmaqla beynəlxalq müstəvidə "Azərbaycanı hücum edən tərəf” kimi göstərmək və rəsmi Bakıya qarşı təzyiqə nail olmaq planının Ermənistan və Fransanın birgə niyyəti olduğunu nəzərə alsaq, bu xəritənin beynəlxalq ictimai rəyi manipulyasiya etməyə hesablandığı aydın görünür. Bu xəritə həm də Ermənistanın təxribat planının Fransa tərəfindən də təsdiqi kimi qəbul edil bilər./Publika.az

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26