Interposta.Info

 

Nazir müavini: “Azərbaycanla ticarət dövriyyəsinin həcmini bir milyard ABŞ dollarına çatdırmaq niyyəti var”

Siyasət
 4-09-2023, 17:52     170

“Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq çox dinamik inkişaf edir. Ölkələr qarşılıqlı ticarət dövriyyəsinin həcmini bir milyard ABŞ dollarına çatdırmaq niyyətindədir”.

Bunu “Report”a açıqlamasında Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.

“Qazaxıstanla Azərbaycanın qardaşlıq münasibətləri var və həqiqətən də, az sayda ölkə ilə belə intensiv və yaxın əlaqələri qeyd etmək olar”, - nazir müavini deyib.

O xatırladıb ki, ötən il Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edib:
“Biz iki ölkə arasında əlaqələrin çox dinamik inkişaf etdiyini görürük”.

R.Vasilenkonun sözlərinə görə, bu ilin birinci yarısında Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi təxminən 50 faiz artaraq 300 milyon ABŞ dollarına yaxın olub:

“Dövlət başçılarımızın qarşıya qoyduğu vəzifə isə ticarət dövriyyəsini bir milyard ABŞ dollarına çatdırmaqdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26