Interposta.Info

İlisuda su kanalında yaranan antisanitar vəziyyət aradan qaldırıldı - YENİLƏNİB + FOTO/VİDEO

Siyasət
 11-08-2023, 22:11     281

Qax rayonunun İlisu kəndində su kanalında yaranan antisanitar vəziyyət aradan qaldırılıb.

Bu barədə "İnyerPosta"-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, sözügedən ərazi tullantılardan təmizlənib:

“Antisanitar vəziyyət yaradan şəxslər barəsində inzibati tənbeh tədbiri görülüb”.

18:50

Qax rayonunun İlisu kəndində su kanalında antisanitar vəziyyət yaranıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, əhali məişət tullantılarını həmin kanala atır. Nəticədə qalaqlanmış zibillərə görə, üfunət iyi ətrafı bürüyüb.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26